...

Baş nazir Gezi parkı ilə bağlı sənətçilərlə görüşüb

Siyasət Materials 13 İyun 2013 05:42 (UTC +04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Gezi Parkı ilə bağlı sənətçilərlə görüşüb.
Baş nazir Gezi parkı ilə bağlı sənətçilərlə görüşüb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Gezi parkı ilə bağlı sənətçilərlə görüşüb.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdə Necati Şaşmaz və Həsən Kaçan iştirak ediblər.

Məlumatda deyilir ki, Baş nazirlə görüşdən sonra sənətçilər mətbuata açıqlama veriblər.

Teatr sənətçisi Həsən Kaçak hökumət başçısı ilə görüşdə gənclərin istəklərini diqqətə çatdırdığını bildirib. O deyib ki, Ərdoğan atılan addımlara qarşılıq olaraq, Gezi parkdakıların da addımlar atmalı olduqkarını vurğulayıb.

Aktyor Necati Şaşmaz isə yaxın iki həftə ərzində baş vermiş hadisələrdən narahatlıq keçirdiyini dilə gətirib.

Aktyor Baş nazir Ərdoğana Gezi parkına birgə getməyi təklif edib. Ərdoğan isə "təbii ki, niyə də olmasın" deyə cavab verib.

Ərdoğan, həmçinin deyib ki, Gezi parkdakıları Baz nazirin Dolmabaxçadakı iqamətgahında da qəbul etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti