...

Hakim partiya Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsinə münasibət bildirib

Siyasət Materials 13 İyun 2013 17:02 (UTC +04:00)
"Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdacağı tədqirdə həbs olunub-olunmayacağı məsələsinə münasibət bildirməkdə çətinlik çəkirəm. Hüquqi müstəvidə bu məsələyə münasibətin necə olduğunu yəqin ki, hüquq-mühafizə orqanları daha yaxşı bilirlər".
Hakim partiya Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsinə münasibət bildirib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

"Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdacağı tədqirdə həbs olunub-olunmayacağı məsələsinə münasibət bildirməkdə çətinlik çəkirəm. Hüquqi müstəvidə bu məsələyə münasibətin necə olduğunu yəqin ki, hüquq-mühafizə orqanları daha yaxşı bilirlər". Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Rüstəm İbrahimbəyovun Azərbaycana dönməsi, hansısa toplantılar keçirməsi, öz tərəfdaşları ilə toplaşması məsələsinə gəlincə isə Əhmədov qeyd edib ki, Azərbaycanda Rüstəm İbrahimbəyovun harasa gedib-gəlməsi haqqında düşünmürlər: "Bir sıra müxalifət qəzetlərindən başqa, Rüstəm İbrahimbəyovun nələrlə məşğul olması kimsəni düşündürmür. Hesab edirəm ki, mətbuatda Milli Şuraya onun səviyyəsindən qat-qat böyük diqqət müşahidə olunmaqdadır".

YAP icra katibi qeyd edib ki, Azərbaycanda aparılan bütün müşahidələr onu göstərir ki, Milli Şura ilə bağlı ölkə ictimaiyyətində həm məlumat azdır, həm də maraq yoxdur.

Əhmədov vurğulayıb ki, Milli Şuranın fəaliyyəti ictimai fikrə hər hansı təsir göstərmir, bu quruma toplaşanlar ölkə həyatında həlledici söz sahibi deyillər: "Azərbaycanın ictimai-siyasi ovqatını ölkədə İlham Əliyevin həyata keçirdiyi siyasət, onun uğurları müəyyənləşdirir. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyinin irəli sürülməsini dəstəkləyir. Əgər sorğu aparsaq, Milli Şura ilə bağlı söylədiklərimin həqiqət olduğunu görərik. Reallıq və həqiqət bundan ibarətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti