...

ABŞ İranla nüvə proqramı üzrə birbaşa danışıqlara başlağa hazırdır

Siyasət Materials 16 İyun 2013 03:18 (UTC +04:00)
ABŞ İranla nüvə proqramı üzrə birbaşa danışıqlara başlağa hazırdır. Trend-in RBK-ya istinadən verdiyi xəbərdə deyilir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Cey Karni deyib.
ABŞ İranla nüvə proqramı üzrə birbaşa danışıqlara başlağa hazırdır

Azərbaycan, Bakı, 16 iyun /Trend/

ABŞ İranla nüvə proqramı üzrə birbaşa danışıqlara başlağa hazırdır. Trend-in RBK-ya istinadən verdiyi xəbərdə deyilir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Cey Karni deyib.

"ABŞ problemin diplomatik həllinə nail olmaq üçün İran hakimiyyətilə birbaşa danışıqlara hazırdır" - deyə Karni əlavə edib.

Onun sözlərinə görə, ABŞ İran xalqının seçiminə hörmət edir, lakin seçkilər şəffaf keçirilməyib.

"Seçkilər şəffaf olmayıb, KİV-lər, internet senzura şəraitində fəaliyyət göstərib" - deyən Karni bildirib ki, ABŞ İran hakimiyyətinin xalqın iradəsinə uyğun gələcək quracağına ümid edir.

Xəbər lenti

Xəbər lenti