...

Baş Prokurorluq Gürcüstanın sabiq Baş naziri ilə bağlı vəsatət daxil olması barədə məlumatlara münasibət bildirib

Siyasət Materials 19 İyun 2013 18:43 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu son günlər bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Baş Prokurorluğu tərəfindən guya həmin ölkənin sabiq Baş naziri Vano Merabişvili barəsində aparılan araşdırmalarla əlaqədar hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prokurorluğuna vəsatətin göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluq Gürcüstanın sabiq Baş naziri ilə bağlı vəsatət daxil olması barədə məlumatlara münasibət bildirib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycan Baş Prokurorluğu son günlər bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Baş Prokurorluğu tərəfindən guya həmin ölkənin sabiq Baş naziri Vano Merabişvili barəsində aparılan araşdırmalarla əlaqədar hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prokurorluğuna vəsatətin göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir: "Bununla əlaqədar bildiririk ki, həmin informasiyalar həqiqəti əks etdirmir və qeyd edilənlərlə bağlı hüquqi yardımın göstərilməsinə dair Azərbaycan tərəfinə hər hansı bir sorğu və ya vəsatət daxil olmayıb".

Prokurorluq kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha tövsiyə edir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənməyən sensasiya xatirinə yazılmış məlumatların düzgünlüyünü həmin məlumatları dərc etməzdən əvvəl aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti