...

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu keçirilir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 21 İyun 2013 11:44 (UTC +04:00)
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu işinə başlayıb.
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu keçirilir (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu işinə başlayıb.

Trend-in məlumatına görə, forumun açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı bildirib ki, forumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və diaspor təşkilatlarından 556 nəfər iştriak edir. Onun sözlərində görə, bu hadisə türk diaspor təşkilatlarının tarixində bir ilkdir:

"Artıq türk diaspor təşkilatlarının birliyinin vaxtı gəlib çatıb. Türk diaspor təşkilarının təsirli olması, mənfi təbliğata qarşı bir olması böyük önəm daşıyır."

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu gün dünyada türk diasporunun milyonlarla nümayəndəsi var. Onları birləşdirməyə ehtiyac var:

"Türk xalqları arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir."

Nazim İbrahimov bildirib ki, türk dünyasının birliyi ideyası yüz illərdir mövcud olmasına baxmayaraq, 20-ci əsrin sonlarında reallaşmağa başlayıb. Bu gün türk dünyası ciddi bir reallıq kimi qəbul edilir.

Komitə sədri türkdilli ölkələrin siyasi və mədəni birliyi istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər, görülən işlər barədə məlumat verib: "Bu gün dünyanın müxtəlif ölkələrində türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və bizə qüvvələrimizi birləşdirib, xalqlarımızın maraqları naminə birgə fəaliyyət göstərmək imkanı verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti