...

Müxalif Suriya Milli Şurası "Suriyanın dostları" görüşünə dəvət olunmayıb

Siyasət Materials 24 İyun 2013 03:16 (UTC +04:00)
Suriya müxalifəti və inqilabi qüvvələrinin Milli Şurası bəyan edib ki, onun nümayəndələrini Dohada keçirilən "Suriyanın dostları" qrupunun nazirlər görüşünə dəvət etməyiblər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Müxalif Suriya Milli Şurası "Suriyanın dostları" görüşünə dəvət olunmayıb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Suriya müxalifəti və inqilabi qüvvələrinin Milli Şurası bəyan edib ki, onun nümayəndələrini Dohada keçirilən "Suriyanın dostları" qrupunun nazirlər görüşünə dəvət etməyiblər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Şənbə günü keçirilən "Suriyanın dostları" qrupunun görüşündə 11 ölkənin xarici işlər nazirləri, o cümlədən ABŞ dövlət katibi ən qısa müddətdə qüvvələr nisbətini dəyişmək üçün zəruri praktiki tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər.

Bu razılığa əsasən, müxalifətə materiallar və texnika üsyançıların tərəfinə keçmiş suriyalı general Səlim İdrisin rəhbərliyi ilə "Azad Suriya Ordusu"nun ali komandanlığına tədarük ediləcək.

Müxalifətin bəyanatında deyilir: "Milli Şura qəbul edilmiş qərara görə bu ölkələrə təşəkkür edir və onların vəd etdikləri yardımı alqışlayır. Lakin Şura hesab edir ki, həmin görüşdə Suriya xalqının rəsmi təşkilatı iştirak etməli idi".

Şura bu qərarın Suriyadakı vəziyyəti dəyişəcəyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, Milli Şuranın nümayəndələri həmin vaxt Dohada olsalar da, görüşə dəvət olunmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti