...

İlham Əliyev Böyük Britaniya Müdafiə Nazirliyinin üzrə birinci müavinini qəbul edib

Siyasət Materials 25 İyun 2013 18:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Böyük Britaniyanın Müdafiə Nazirliyinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrisonu qəbul edib.
İlham Əliyev Böyük Britaniya Müdafiə Nazirliyinin üzrə birinci müavinini qəbul edib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Böyük Britaniyanın Müdafiə Nazirliyinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrisonu qəbul edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin BMT çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibindəki uğurlu fəaliyyəti və ölkəmizin Beynəlxalq Yardım Qüvvələrinə verdiyi töhfə yüksək qiymətləndirildi, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti