...

Suriya-Türkiyə sərhədindəki atışmada yeddi qaçqın yaralanıb

Siyasət Materials 26 İyun 2013 10:05 (UTC +04:00)
Suriya-Türkiyə sərhədi yaxınlığında baş verən atışma nəticəsində Türkiyənin Hatay vilayətində məskunlaşmış yeddi suriyalı qaçqın yaralanıb.
Suriya-Türkiyə sərhədindəki atışmada yeddi qaçqın yaralanıb

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir A. Tağıyeva/

Suriya-Türkiyə sərhədi yaxınlığında baş verən atışma nəticəsində Türkiyənin Hatay vilayətində məskunlaşmış yeddi suriyalı qaçqın yaralanıb. Bu barədə Trend çərşənbə günü "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Atışma Azad Suriya Ordusu və hökumət qoşunları arasında olub.

Daha əvvəl verilən məlumata görə, Türkiyə ərazisində məskunlaşmış suriyalı qaçqınların sayı təqribən 500 min nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti