...

İlham Əliyev Qətər dövlətinin Əmirini təbrik edib

Siyasət Materials 27 İyun 2013 18:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Qətər dövlətinin Əmirini təbrik edib

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qətər dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda qeyd olunur: "Əlahəzrət, Qətər Dövlətinin Əmiri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Mən Azərbaycan-Qətər münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qətər xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti