...

Misirdə vəziyyət gərgin olaraq qalır

Siyasət Materials 2 İyul 2013 01:35 (UTC +04:00)
Misir Prezidenti Məhəmməd Mursi, Baş nazir Hişam Qəndil və müdafiə naziri Əbdülfəttah əs-Sisi Qahirədə bir araya gəliblər.
Misirdə vəziyyət gərgin olaraq qalır

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Misir Prezidenti Məhəmməd Mursi, Baş nazir Hişam Qəndil və müdafiə naziri Əbdülfəttah əs-Sisi Qahirədə bir araya gəliblər.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, görüşdə ölkədəki son hadisələr və müxaliflərin nümayişləri müzakirə olunub.

Misirdə vəziyyət gərgin olaraq qalır.

Bu gün "Vasat" partiyasının Qahirədəki baş ofisinə "Molotov kokteyli" ilə hücum edilib. Müqəddəm bölgəsində yerləşən ofis binasından tüstünün yüksəldiyi, partiya binasına hücumun davam etdiyi bildirilir.

İqtidardakı Hürriyyət və Ədalət Partiyasının (HAP) Buheyrə rayonundakı ofisinə də "Baltaçı" adlandırılan qrup "Molotov kokteyli" və daşlarla hücuma keçib.

Bundan başqa, polis "Müsəlman Qardaşlar" təşkilatının sədr müavini Xeyrət Şatırın Qahirədəki evinə basqın edib, Şatırın 15 mühafizəçisi saxlanılıb.

Şatırın oğlu Saad Şatır daha əvvəl polisin evlərinə atəş açdığını və sürücü ilə bir işçinin saxlanıldığını bildirmişdi.

Bu arada "Müsəlman Qardaşlar"a aid olduğu iddia edilən üç bina da hücuma məruz qalıb.

Misir ordusu xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt verdiyini elan edib.

Prezident Məhəmməd Mursi dünəndən etibarən əleyhdarları və tərəfdarları arasında yaşanan qarşıdurmalar nəticəsində ölənlərin sayının 25-ə, yaralıların sayının isə 781-ə çatdığını bildirib.

Xəbər lenti

Xəbər lenti