...

Elmar Məmmədyarov: Azərbaycan müxtəlif ölkələr və mədəniyyətlər arasında körpü rolunu oynayır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 İyul 2013 11:37 (UTC +04:00)
Azərbaycan həm İsrail, həm müsəlman ölkələri ilə sıx əlaqələrə malik, həm də ABŞ-ın strateji əhəmiyyətli tərəfdaşı olan müsəlman ölkəsidir.
Elmar Məmmədyarov: Azərbaycan müxtəlif ölkələr və mədəniyyətlər arasında körpü rolunu oynayır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan həm İsrail, həm müsəlman ölkələri ilə sıx əlaqələrə malik, həm də ABŞ-ın strateji əhəmiyyətli tərəfdaşı olan müsəlman ölkəsidir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun "Hill.com" saytında dərc olunan məqaləsində bildirilir.

Nazir məqalədə yazır: "Dünyada Azərbaycanın unikal və əhəmiyyətli rolu beş sütuna əsaslanır: bizim tolerantlıq ənənələrimiz, strateji mövqe, iqtisadi göstəricilər, regional təhlükəsizliyi anlamaq və bizim regionda və bütün dünyada sülhə cəhd".

Məqalədə bildirilir ki, Azərbaycan hazırda müstəqil olan və müxtəlif ölkələr və mədəniyyətlər arasında körpü və sülhməramlı rolunu oynayan qədim sivilizasiyadır.

XİN rəhbərinin məqaləsində bildirilir ki, Azərbaycan dünyada dini tolerantlıq və mədəni müxtəliflik ənənələri ilə tanınır.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan ictimaiyyəti əsrlərdir ki, üç böyük monoteist dinin (islam, xristianlıq və iudaizm) dinc yanaşı yaşama prinsipinə uyğun olaraq yaşayır:

"Həqiqətən də otuz beş minlik yəhudi icması 2500 ildən artıq müddətdir ki, insanların hətta antismetizmin nə olduğunu bilmədikləri Yer kürəsinin o qədər də çox olmayan yerlərindən birində, Azərbaycanda təqiblərsiz, tam ləyaqət və hörmətlə yaşayır".

Məmmədyarov yazır ki, Azərbaycan, o cümlədən Avropa və Asiyanın kəsişməsində və Yaxın Şərqdə əsas mövqe tutur.

Məqalədə bildirilir ki, Azərbaycan Avropanın enerji tələbatlarının təminatı məsələsində unikal rol oynayır. Enerji ixracı beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz töhfəsini artırır. Azərbaycandan qazın nəqli Avropada olan müttəfiqlər üçün enerji resurslarının mənbələrinin şaxələndirilməsinə bundan sonra da imkan yaradacaq.

Məqalədə bildirilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin sülhün və təhlükəsizliyin saxlanılmasında artan rolunun beynəlxalq birlik tərəfindən tanındığını göstərir.

Azərbaycan terrorizmlə mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, davamlı inkişafın təmin olunması, çoxmədəniyyətli düşüncə və Yaxın Şərq və digər regionlarda münaqişələrin həll olunması prosesində kömək məsələləri də daxil olmaqla sülhün və sabitliyin təmin olunması məsələlərinin müzakirəsində çəkisi olan töhfə verir.

Nazirin məqaləsində bildirilir ki, Əfqanıstana aparılan yüklərin 40 faizdən çoxunu öz ərazisi vasitəsilə yönəldən Azərbaycan ABŞ və NATO ilə çiyin-çiyinə dayanır.

Məqalədə bildirilir ki, Avropa Şurası və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilatlar, o cümlədən 56 müsəlman ölkəsini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan ABŞ, İsrail və müsəlman ölkələri arasında birləşdirici halqa rolunu oynayır.

Nazir yazır: "Azərbaycan, o cümlədən Ermənistanla davam edən münaqişənin xalqa gətirdiyi əzabların qarşısını almağa çalışır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Qafqazda sülh və inkişaf üçün çox əhəmiyyətlidir.

Məqalədə bildirilir ki, Azərbaycan və başqa ölkələr üçün cəmiyyətlərdə sülh və dözümlülük mədəniyyəti təhlükəsizliyin qarantıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti