...

Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası rəhbərlərinin növbəti iclası keçiriləcək

Siyasət Materials 2 İyul 2013 11:11 (UTC +04:00)
Qırğızıstanda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası (TAKM) rəhbərlərinin növbəti iclası keçiriləcək.
Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası rəhbərlərinin növbəti iclası keçiriləcək

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

Qırğızıstanda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası (TAKM) rəhbərlərinin növbəti iclası keçiriləcək.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, iclas iyul ayının sonlarına doğru Qırğızıstannın paytaxtı Bişkek şəhərində keçiriləcək. Hazırda həmin iclasın keçirilməsi vaxtının və müzakirə ediləcək məsələlərin gündəliyinin müəyyən edilməsi məqsədilə assosiasiyanın üzv dövlətlərinin - Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun görüşü keçirilir.

Qeyd edək ki, bu il yanvarın 29-da Bakıda Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu, Azərbaycan daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və Qırğızıstan DİN Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayevin iştirakı ilə Bakıda iclas keçirilmişdi. İclasda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (üzv ölkələrin rəsmi adlarının baş hərfləri ilə TAKM) yaradılması haqqında anlaşma memorondumu imzalanmışdı.

Qeyd olunmuşdu ki, yeni təşkilat Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan respublikalarının müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərini genişləndirəcək, təlim-tədris prosesinin, hərbi qulluqçuların xidməti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübənin yayılmasına geniş imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti