Azərbaycan, Bakı, 2 iyul /Trend/
Prezident İlham Əliyev Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yaşar Tofiqi Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Südeyf Bəşir oğlu İmanverdiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.