...

Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışı olub

Siyasət Materials 5 İyul 2013 21:28 (UTC +04:00)
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışı olub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayırıcıların tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması vüsət almışdır. Ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Qazaxda da kənd yollarının inşası və yenidən qurulması ilə bağlı silsilə tədbirlər reallaşdırılır.

Bildirildi ki, ümumi uzunluğu 27 kilometr olacaq bu yol öz başlanğıcını Bakı-Gürcüstan dövlət sərhədi magistralının 469-cu kilometrliyindən götürür. Yol rayonun 26 min əhalisinin yaşadığı 15 kəndini - Çaylı, Kommuna, Ürkməzli, Dəmirçilər, Daş Salahlı, Alpout, Aşağı Əskipara, Bağanis Ayrım, Yuxarı Əskipara və digər yaşayış məntəqələrindən keçir.

İnşasına bu ilin mayında başlanmış və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 6,9 milyon manat vəsait hesabına tikilmiş yolun 15 kilometri istismara hazırdır. Yolun qalan 12 kilometrlik hissəsi isə bu ilin sentyabrında istifadəyə veriləcəkdir.

Qeyd edildi ki, ikizolaqlı yolun torpaq yatağının eni 10-12, hərəkət zolağının hər birinin eni 3,5 metrdir. Qazaxda kənd yollarının inşası ilə bağlı digər tədbirlər də həyata keçirilir.
Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti