Azərbaycan, Bakı, 9 iyul /Trend/
ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə İşçi qrupa yeni konqresmenlər üzv olaraq qoşulublar.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmenlər Mark Medovs (Şimali Karolina ştatı), Cim Braydenstayn (Oklahoma ştatı) və Filemon Velanın (Texas ştatı) üzv olması ilə 113-cü çağırış ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin ümumi sayı 46-ya çatıb.