...

Aydın Hüseynov: 1969-cu il 14 iyul tarixi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi idi

Siyasət Materials 14 İyul 2013 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir R.Vəlibəyov/

1969-cu il 14 iyul tarixi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi idi. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, 1969-cu ilədək Azərbaycan SSRİ daxilində ən geridə qalmış respublikalardan biri idi.

"Eyni zamanda, imperiya daxilində Azərbaycana xalqına olan münasibət də söylənilməz dərəcədə fərqli idi. Erməni daşnakları isə hücumlarına ara vermir, hətta, deportasiyalara da nail olmuşdular. Amma 1969-cu ilin 14 iyul tarixində Azərbaycana rəhbərliyə gəlmiş Ulu öndər Heydər Əliyev bütün mənfi tendensiyaların və əks proseslərin qarşısını aldı" - deyə Hüseynov bildirib.

O, vurğulayıb ki, Heydər Əliyevin respublikaya rəhbərliyi dönəmində sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, incəsənət və başqa sahələrdə sıçrayışlı inkişaf yaşandı.

"Bu inkişafın nəticələri isə vətəndaşların nəzərəçarpacaq dərəcədə yüksələn sosial rifahında, yaşayış səviyyəsində və maddi gəlirlərinin artımında özünü göstərdi" - deyə Hüseynov söyləyib.

Hüseynov bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası əsasında Azərbaycan xalqının siyasi və dövlətçilik şüuru da yüksəldi.

"Əlbəttə ki, XX əsrin 80-ci illərinin sonlarında baş vermiş hadisələrdə Azərbaycan xalqının milli maraqlar prizmasından çıxış etməsi, qəti mövqe ortaya qoyması və qəhrəmanlıq nümayiş etdirməsi məzh Heydər Əliyevin siyasi-ideoloji istiqamətli fəaliyyətinin nəticə idi" - deyə Hüseynov əlavə edib.

Xəbər lenti

Xəbər lenti