...

Ceyhun Osmanlı: Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub

Siyasət Materials 14 İyul 2013 15:26 (UTC +04:00)
"14 iyul 1969-cu il tarixinin əhəmiyyətini qiymətləndirmək üçün ilk növbədə həmin dövrün sosial-iqtisadi və ictimai-siyasi reallıqlarını təhlil etmək lazımdır. Məlumdur ki, 1969-cu ilədək Azərbaycan SSRİ-də inkişafına görə, sondan 2-ci yerdə qərarlaşırdı. Ümumiyyətlə, Azərbaycan bir aqrar ölkə idi". Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib.
Ceyhun Osmanlı: Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir R.Vəlibəyov/

"14 iyul 1969-cu il tarixinin əhəmiyyətini qiymətləndirmək üçün ilk növbədə həmin dövrün sosial-iqtisadi və ictimai-siyasi reallıqlarını təhlil etmək lazımdır. Məlumdur ki, 1969-cu ilədək Azərbaycan SSRİ-də inkişafına görə, sondan 2-ci yerdə qərarlaşırdı. Ümumiyyətlə, Azərbaycan bir aqrar ölkə idi". Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib.

Osmanlı bildirib ki, Heydər Əliyevin 1969-cu ilin 14 iyul tarixində hakimiyyətə gəlməsilə həyata keçirdiyi işlərin ən böyüyü Azərbaycanı aqrar ölkədən sənaye respublikasına çevirməsi oldu.

"Heydər Əliyev Azərbaycanda milli kadr potensialının da əsasını qoydu, minlərlə azərbaycanlı gənci bütün sahələr üzrə ən tanınmış universitetlərdə təhsil almağa göndərdi" - deyə millət vəkili söyləyib.

Deputat vurğulayıb ki, Heydər Əliyev həmin dövrdə gördüyü işlərlə Azərbaycanın imicinin yüksəldilməsinə, prestijinin artmasına nail oldu.

"Dahi siyasətçinin SSRİ liderlərilə olan şəxsi münasibəti, özünün nüfuzu imkan verdi ki, Heydər Əliyev Azərbaycanı inkişaf edən, sənayeləşmiş ölkəyə çevirsin. Reallaşdırılmış fəaliyyət nəticəsində ölkənin əhalisinin rifah halının yüksəlməsinə və gəlirlərinin artmasına da təsir göstərdi" - deyə Osmanlı ifadə edib.

O, vurğulayıb ki, həmin dövrdə Heydər Əliyevin ən əsas xidmətlərindən birini də ziyalılarımızın repressiyadan xilas edilməsi oldu.

"Bəlli olduğu kimi, SSRİ-də Azərbaycan xalqının ziyalılarına qarşı repressiya həyata keçirilirdi. Lakin Heydər Əliyev Bəxtiyar Vahabzadə kimi onlarla ziyalımızı xilas etdi, onların repressiyanın qurbanı olmasına imkan vermədi. Bununla, Heydər Əliyev azərbaycanlıların milli kimliyi məsələsini bir daha ortaya qoydu və xalqımızı assimilyasiya prosesindən qorudu" - deyə deputat bildirib.

Osmanlı deyib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub.

"Ona görə də, Ulu öndərimiz hər zaman xalqımızın qəlbində yaşayacaq" - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti