Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/
AXCP sədrinin müşaviri Fəhmin Hacıyev tutduğu vəzifədən və partiya üzvlüyündən istefa verib. Bu barədə bazar ertəsi Trend-ə AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.
Məmmədli bildirib ki, Fəhmin Hacıyev vəzifəsindən getməsi ilə bağlı elə bir ciddi səbəb göstərməyib.
Qeyd edək ki, F.Hacıyev açıqlamasında siyasətdən getmədiyini bildirib və yeni partiya yaradılmasını istisna etməyib.
Xatırladaq ki, Fəhmin Hacıyev 2011-ci ilin iyulunda AXCP sədrinin müşaviri təyin olunmuşdu.