...

Suriya müxalifəti vahid mütəşəkkil ordu yaratmaq niyyətindədir

Siyasət Materials 16 İyul 2013 15:30 (UTC +04:00)
Suriya müxalifəti bütün silahlı qruplaşmaları vahid mütəşəkkil ordu şəklində birləşdirmək niyyətindədir.
Suriya müxalifəti vahid mütəşəkkil ordu yaratmaq niyyətindədir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriya müxalifəti bütün silahlı qruplaşmaları vahid mütəşəkkil ordu şəklində birləşdirmək niyyətindədir. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Məlumata görə, ordunun yaradılmasında müxalifət tərəfə keçən yüksəkrütbəli hərbçilər iştirak edəcəklər.

Ordu rəhbərliyinə hazırda Suriyanın rəsmi hakimiyyətindən Türkiyə, İordaniya və Misirdə yerləşən qaçqın düşərgələrində gizlənən suriyalı generallar da cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti