...

Siyavuş Novruzov: Eldar Namazovun ABŞ-a getməsi müxtəlif şəxslərin sponsorluğu ilə reallaşan turist gəzintisidir

Siyasət Materials 16 İyul 2013 15:26 (UTC +04:00)
Eldar Namazovun ABŞ-a getməsi növbəti turist gəzintisidir. Bu barədə çərşənbə axşamı Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov: Eldar Namazovun ABŞ-a getməsi müxtəlif şəxslərin sponsorluğu ilə reallaşan turist gəzintisidir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/

Eldar Namazovun ABŞ-a getməsi növbəti turist gəzintisidir. Bu barədə çərşənbə axşamı Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Eldar Namazov bu səfəri həyata keçirməklə şou yaratmaq cəhdini ortalığa qoyub: "Guya ayrı-ayrı dövlətlər bunlarla maraqlanır. Əslində bu, fərdi səfərdən başqa heç bir şey deyil".

Novruzov vurğulayıb ki, hər bir dövlətdə Eldar Namazovun potensialının olmadığını bilirlər və heç bir dövlət, qurum, təşkilat onunla maraqlanmır: "Sadəcə olaraq özləri bu ab-havanı yaratmaq istəyirlər, əslində isə Eldar Namazovun ABŞ-a getməsi müxtəlif şəxslərin sponsorluğu ilə reallaşan növbəti turist gəzintisidir".

Qeyd edək ki, Milli Şuranın İcra Aparatının və "El" hərəkatının sədri Eldar Namazov bu həftənin əvvəli Vaşinqtona gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti