...

ATƏT-in Gənclər Sammitinin vaxtı açıqlandı

Siyasət Materials 19 İyul 2013 10:15 (UTC +04:00)
İyul 20-dən avqustun 1-dək Ukraynanın Krım vilayətində ATƏT-in Gənclər Sammiti keçiriləcək.
ATƏT-in Gənclər Sammitinin vaxtı açıqlandı

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Əhmədova/

İyul 20-dən avqustun 1-dək Ukraynanın Krım vilayətində ATƏT-in Gənclər Sammiti keçiriləcək. Bu barədə Trend ATƏT-in rəsmi saytına istinadən məumat verir.

Məlumatda deyilir ki, "Bizim fərqimiz bizim sərvətimizdir, bizim birliyimiz bizim gücümüzdür" şüarı altında keçiriləcək sammit ATƏT-ə üzv ölkələrdən olan gəncləri bir yerə toplayacaq.

Sammit Ukraynanın ATƏT-də sədrliyi tərəfindən təşkil olunub.

Tədbiri ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara açacaq.

Sammitdə ATƏT-in baş katibi Lamberto Zannier və Ukraynanın yüksəkvəzifəli şəxsləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti