...

Vəlvələçay-Taxtakörpü su kanalı istifadəyə verilib (FOTO)

Siyasət Materials 19 İyul 2013 20:35 (UTC +04:00)
İyulun 19-da Şabrana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak etmişdir.
Vəlvələçay-Taxtakörpü su kanalı istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 19-da Şabrana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak etmişdir.

Layihənin sifarişçisi "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və layihəni həyata keçirən Avropa-Asiya İnşaat Korporasiyası "Yevraskon" ASC-nin Direktorlar Şurasının sədri Əfəndi İsmiyev dövlətimizin başçısına Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasının gedişi barədə məlumat verdilər.

Bildirildi ki, uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü kanalı vasitəsilə su Samur-Abşeron kanalının 50-ci kilometrindən götürülərək öz axını ilə Taxtakörpü su anbarına veriləcəkdir. Dövlətimizin başçısının iştirakı ilə 2007-ci ilin payızında təməli qoyulan Taxtakörpü anbarının ümumi su tutumu 268,4 milyon kubmetrdir. Bənddə qapısız sutullayıcı və suqəbuledici qurğular, enerji tuneli, su elektrik stansiyasının binası və ümumi gücü 25 meqavat təşkil edəcək 3 turbinin quraşdırılması nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısına Taxtakörpü-Ceyranbatan kanalının tikintisinin gedişi barədə də məlumat verildi.

Sonra Vəlvələçay-Taxtakörpü kanalı vasitəsilə Taxtakörpü anbarına suyun verilməsi mərasimi oldu.

Prezident İlham Əliyev onlayn rejimdə Vəlvələçay-Taxtakörpü kanalı vasitəsilə Taxtakörpü anbarına suyun verilməsi prosesini və Taxtakörpü su anbarının bəndində son tamamlama işlərinin gedişini izlədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti