...

Erməni lobbisi Los Ancelesdə Azərbaycan Gecəsinin keçirilməsinə mane ola bilməyib

Siyasət Materials 26 İyul 2013 11:35 (UTC +04:00)
Qeyd edək ki, vətəndaş diplomatiyası sahəsində ixtisaslaşan Los Anceles Beynəlxalq Ziyarətçilər Şurası ABŞ Dövlət Departmentinin xəttilə dünyanın müxtəlif ölkələrindən Los Ancelesə qısamüdətli ixtisasartırma kurslarına gələn peşəkarlara evsahibliyi edir.
Erməni lobbisi Los Ancelesdə Azərbaycan Gecəsinin keçirilməsinə mane ola bilməyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyul/ Trend, müxbir S.Əhmədova/

Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu Beynəlxalq Ziyarətçilər Şurası (International Visitors Council) tərəfindən iyulun 25-də Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Tədbir Levantayn Mədəniyyət Mərkəzində baş tutub.

Qeyd edək ki, vətəndaş diplomatiyası sahəsində ixtisaslaşan Los Anceles Beynəlxalq Ziyarətçilər Şurası ABŞ Dövlət Departmentinin xəttilə dünyanın müxtəlif ölkələrindən Los Ancelesə qısamüdətli ixtisasartırma kurslarına gələn peşəkarlara evsahibliyi edir.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa, İsrail və qonşu dövlətlər ilə münasibətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat vermişdir. Ermənistanın işğalçılıq siyasəti barədə danışan diplomat bildirmişdir ki, bu qanunsuz hərbi işğal həm beynəlxalq hüququn, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. O qeyd etmişdir ki, Ermənistan rəhbərliyinin siyasəti nəinki bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına mane olur, həmçinin erməni xalqının gələcəyini böyük sual altında qoyur, ölkəni bundan da böyük fəlakətlərə sürükləyir. Ermənistan əhalisinin son 22 il ərzində 1 milyon azaldığını və son beynəlxalq rəy sorğusuna görə ölkə əhalisinin az qala yarısının Ermənistanı daimi olaraq tərk etmək arzusunda olduğunu bildirən baş konsul bunun təsadüfi olmadığını, Ermənistan hökumətinin yarıtmaz siyasətinin birbaşa nəticəsi olduğunu diqqətə çatdırmışdır.

Qeyd edək ki, tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndələri səs-küy salaraq tədbiri pozmağa çalışsalar da, iştirakçıların kəskin etirazı ilə üzləşərək rüsvayçı şəkildə tədbiri tərk etməyə məcbur olmuşlar.

Gecə azərbaycanlı xanəndə Şəhla Saruxan tərəfindən Azərbaycan mahnılarının ifası ilə yekunlaşmışdır. İfa iştirakçıların sürəkli alqışları ilə qarşılanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti