...

Azərbaycan iqtidarı müxalifət partiyaları ilə təmaslara ehtiyac olduğu fikrindədir

Siyasət Materials 30 İyul 2013 11:23 (UTC +04:00)
Hazırda seçkinin elə mərhələsinə daxil oluruq ki, istər-istəməz müxalifət partiyaları ilə də təmaslar qaçılmazdır və bu təmaslara ehtiyac var.
Azərbaycan iqtidarı müxalifət partiyaları ilə təmaslara ehtiyac olduğu fikrindədir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Hazırda seçkinin elə mərhələsinə daxil oluruq ki, istər-istəməz müxalifət partiyaları ilə də təmaslar qaçılmazdır və bu təmaslara ehtiyac var. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı jurnalistlərə müxalifətlə dialoq barədə sualı cavablandırarkən bildirib.

Ə.Həsənov deyib ki, iqtidar ATƏT-lə bu sahədə danışıqlar aparır: "ATƏT-in hər zaman olduğu kimi, seçkiöncəsi müxtəlif siyasi partiya rəhbərləri və funksionerlərini toplayaraq seminarlar, məşğələlər keçirməsi və seçkinin keçirilməsi ilə bağlı narahatdoğurucu məsələlərin şəffaf müzakirə olunaraq qərar qəbul edilməsi praktikası mövcuddur. Bu il də düşünürəm ki, bu praktika olacaq və seçkiqabağı siyasi partiyalarla, xüsusilə seçkilərdə iştirak etmək iradəsini ortaya qoymuş siyasi partiya rəhbərləri ilə görüşlər keçirəcəyik".

Qeyd edək ki, prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti