...

ARGTMŞ gənclər təşkilatlarını maarifləndirəcək

Siyasət Materials 31 İyul 2013 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend /

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "QHT-lərin İdarəetmə Akademiyasına ("QİDA") start verir. Bu barədə çərşənbə günü Trend-ə qurumdan məlumat verilib.

ARGTMŞ-nın "3G" strategiyasınına uyğun olaraq xidmətlər və yaradılan imkanlar vasitəsi ilə gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində "QİDA" akademiyası təklifini irəli sürmüşdür.

Akademiyanın məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi, təlim alətlərinin reallaşması, QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Akademiya təlimləri 4 tədris blok üzrə təyin olunmuşdur və hər bir blok auditoriya fərqini nəzərə alaraq təlim modullara bölünmüşdür:
І tədris bloku - "QHT-lərin İdarəetmə Akademiyası" ("NGO management school")
II tədris bloku - "Layihələrin İdarəetmə Akademiyası" ("Project management school")
III tədris bloku - "Şəxsi və Peşəkar inkişaf Akademiyası" ("Personnel & Professional Capacity building School")
IV tədris bloku - "Seçmə Kursları" ("Electives")

Akademiyada gənclər təşkilatlarının rəhbər və və işçi heyəti nümayəndələri iştirak edə bilər. Akademiyada iştirak üçün [email protected] ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, 104 gənclər təşkilatı ARGTMŞ-nın üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti