...

Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Avqust 2013 14:07 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı.
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən növbəti iclasında prezident seçkisinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edilib.

M.Pənahov iclasda bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq, prezidentin səlahiyyətinin bitdiyi vaxt oktyabr ayının 3-cü həftəsinin üçüncü gününə təsadüf edir. Bu tarix oktyabr ayının 16-sına təsadüf edir. Həmin gün iş günü olmadığından, MSK prezident seçkisini həmin ayın digər gününə keçirmək haqqında qərar çıxartmalıdır: "Təklif edirəm ki, prezident seçkisi günü yenə 3-cü günə salınsın, lakin 1 həftə öncəyə".

Təklif MSK üzvləri tərəfindən təsdiqlənib.

Qeyd edək ki, sonuncu prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkisi keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti