...

Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib

Siyasət Materials 5 Avqust 2013 11:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib

Azərbaycan, Bakı, 5 avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Bu barədə bazar ertəsi Trend-ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti