...

Əli Əliyev: Milli Şurada təmsil olunan bir sıra partiyalar ayrılıqda seçkilərə qatıla bilərlər

Siyasət Materials 6 Avqust 2013 14:48 (UTC +04:00)
Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Milli Şurada təmsil olunan bir sıra partiyalar ayrılıqda seçkilərə qatıla bilərlər.
Əli Əliyev: Milli Şurada təmsil olunan bir sıra partiyalar ayrılıqda seçkilərə qatıla bilərlər

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Milli Şurada təmsil olunan bir sıra partiyalar ayrılıqda seçkilərə qatıla bilərlər.

VİP sədri Əli Əliyev Trend-ə bildirib ki, ən azı namizədliklərini qüvvədə saxlamağa cəhd edən partiyalar seçkilərə qatılmaq perspektivlərini özlərində saxlayırlar: "Milli Şuranın vahid namizədinin qeydə alınması perspektivi zaman etibarı ilə əridikcə orada daxili ixtilaflar intensivləşir. Mənə elə gəlir ki, vəziyyətdən asılı olaraq Milli Şura daxilində münasibətlər daha da gərginləşəcək".

Əliyev qeyd edib ki, ola bilər ki, əgər Milli Şuranın vahid namizədinin qeydə alınması ilə bağlı problem yaranarsa, seçki ərəfəsində qeydəalınma mərhələsində artıq Milli Şura indiki tərkibdə mövcud olmasın: "Mənə elə gəlir ki, Milli Şura seçkilərə ya Rüstəm İbrahimbəyovla gedəcək ya da heç getməyəcək".

VİP sədrinin fikrincə, bu halda isə seçkidən nəsə uman partiyalar seçkilərdə iştirak qərarını qəbul edəcəklər, digərləri isə baykot qərarına üstünlük verəcək. "Proseslər belə görünür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti