...

MSK daha bir nəfərin prezidentliyə namizədliyini təsdiq edib

Siyasət Materials 12 Avqust 2013 16:25 (UTC +04:00)
Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən görüşdə bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsirində dəyişiklik edilib.
MSK daha bir nəfərin prezidentliyə namizədliyini təsdiq edib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bazar ertəsi keçirilən iclasında öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Əli oğlu Məmmədovun (İlqar Altay) prezidentliyə namizədliyi təsdiq edilib.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsirində dəyişiklik edilib.

Bundan əlavə, iclasda MSK-nın 11 avqust 2013-cü il tarixli protokolu təsdiq edilib.

MSK sədri namizədləri imzatoplama prosesinə ciddi yanaşmağa çağırıb. O qeyd edib ki, bu kifayət qədər əhəmiyyətli məsələdir.

M.Pənahov, həmçinin qeyd edib ki, Müasir Müsavat Partiyası tərəfindən Hafiz Hacıyevin də prezidentliyə namizədliyi irəli sürülüb.

M.Pənahov, həmçinin beynəlxalq müşahidəçilərin müraciətinə də müsbət cavab veriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, 7 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə və Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti