Azərbaycan, Bakı, 15 avqust /Trend/
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov İtaliyada təşkil olunan "Cənubi Avropa Yay Məktəbi"ndə iştirak edib.
ARGTMŞ-dən Trend-ə verilən məlumata görə, yay məktəbinin təşkil olunmasında əsas məqsəd Avropa ölkələrinin Milli Şuraları və beynəlxalq təşkilatları arasında əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək, eləcə də Avropa Gənclik proqramını və Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının 2014-2015 illər üzrə icra planını müzakirə etməkdir.
Keçirilən görüşlər zamanı ARGTMŞ-nın baş katibi Seymur Hüseynov ARGTMŞ haqqında, keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, ARGTMŞ 2013-cü ilin aprel ayında Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilmişdir və 2014-2015-ci illəri ərzində Şərqi Avropa ölkələrini Məşvərət Şurasında təmsil edəcək.