...

DİN: İcazəli aksiyada razılaşmadan kənara çıxılarsa, polis qanunsuz hərəkətlərin qarşısını alacaq

Siyasət Materials 16 Avqust 2013 14:54 (UTC +04:00)
Milli Şuranın avqustun 18-nə təyin etdiyi icazəli mitinqdə polis iştirakçıların təhlükəsizliyini təmin edəcək.
DİN: İcazəli aksiyada razılaşmadan kənara çıxılarsa, polis qanunsuz hərəkətlərin qarşısını alacaq

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın avqustun 18-nə təyin etdiyi icazəli mitinqdə polis iştirakçıların təhlükəsizliyini təmin edəcək. Lakin əgər razılaşmadan kənara çıxılarsa, bu halda sözsüz ki, polis qanunsuz hərəkətlərin qarşısını birmənalı şəkildə alacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov deyib ki, ən demokratik dəyərləri özündə əks etdirən Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa müvafiq olaraq kütləvi tədbir keçirmək istəyən qurum bu niyyətləri barədə icra orqanlarına məlumat verməlidir. Yalnız bu barədə razılıq əldə olunandan sonra razılaşdırmaya əsasən, tədbirin keçiriləcəyi yer, vaxt müəyyən edilir.

Onun sözlərinə görə, indiki halda da Milli Şura deyilən qurum qanuna müvafiq olaraq razılıq əldə edilən, müəyyən edilmiş yerdə tədbirlərini keçirəcəklərsə, polis əməkdaşları həmin ərazidə ictimai təhlükəsizliyi təmin edəcəklər.

E.Zahidov həmçinin bildirib ki, aksiya iştirakçıları BŞİH-ə göndərdikləri müraciətdə nəzərdə tutulan şüarlardan kənar plakatlar qaldırsalar, şüarlar səsləndirsələr, polis bu halların da qarşısını alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti