...

Demokratik İslahatlar Partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqladı

Siyasət Materials 20 Avqust 2013 10:41 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının Siyasi Şurası Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirakının forması ilə bağlı qərar qəbul edib.
Demokratik İslahatlar Partiyası prezident seçkilərində iştirakla bağlı  qərarını açıqladı

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir E.Mehdiyev/

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirakının forması ilə bağlı qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qərara əsasən partiya seçkilərdə öz namizədi ilə çıxış etməsə də, ümumilikdə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, partiyanın 4-cü qurultayında seçkilərdə iştirakla bağlı qərar qəbul edilmiş, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti