...

Türkiyə və Qətər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 24 Avqust 2013 13:21 (UTC +04:00)
Avqustun 24-də Qətərin xarici işlər naziri Xalid Məhəmməd Əl-Atıya Türkiyəyə rəsmi səfərə gələcək.
Türkiyə və Qətər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir A.Tağıyeva/

Avqustun 24-də Qətərin xarici işlər naziri Xalid Məhəmməd Əl-Atıya Türkiyəyə rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, Əl-Atıyanın səfər zamanı bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcəyi gözlənilir.

Səfərin gedişində tərəflər Misir və Suriyadakı vəziyyəti, eləcə də Qətər və Türkiyə arasındakı ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti