...

Pentaqon rəhbəri: ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır

Siyasət Materials 25 Avqust 2013 09:04 (UTC +04:00)
Əgər prezident Barak Obama güc variantını seçsə, ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib.
Pentaqon rəhbəri: ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Əgər prezident Barak Obama güc variantını seçsə, ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib.

Məlumatda deyilir ki, Heygelin sözlərinə görə, amerikan ordusu Suriya probleminin həlli üçün hərbi gücün müxtəlif variantlarından istifadə edə bilər.

Məsələ ilə bağlı ətraflı məlumat hələ yoxdur.

Xəbər lenti

Xəbər lenti