...

İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 26 Avqust 2013 18:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə sərəncam imzalayıb.
İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə sərəncam imzalayıb.

Sərəncama görə, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq "Xalq" fəxri adı üçün 100 (yüz) manat, "Əməkdar" fəxri adı üçün 60 (altmış) manat müəyyən edilməsi qərar alınıb.

Həmçinin sərəncamda "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının 1-ci hissəsində "250 min manat" və "150 min manat" sözləri müvafiq olaraq "100 manat" və "60 manat" sözləri ilə əvəz edilməsi qeyd olunur.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti