Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud əl-Feysal ərəb ölkələrini Suriya müxalifətini dəstəkləməyə çağırıb.
Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Saud əl-Feysal bunu Misirdə Suriya problemilə bağlı keçirilən Ərəb Dövlətləri Liqasının XİN rəhbərlərinin görüşünün nəticələrinə dair mətbuat konfransında deyib.
Qeyd edək ki, avqustun 21-dən başlayaraq, Suriya ətrafında vəziyyət daha da mürəkkəbləşib.