...

Azərbaycan Prezidenti Yardımlı rayonuna gəlib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2013 00:14 (UTC +04:00)
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfərə gəlib.
Azərbaycan Prezidenti Yardımlı rayonuna gəlib (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti