...

Səfir: ABŞ-ın istəyi Azərbaycanda ədalətli seçkilərin keçirilməsindən ibarətdir

Siyasət Materials 5 Sentyabr 2013 12:28 (UTC +04:00)
ABŞ-ın istəyi Azərbaycanda ədalətli seçkilərin keçirilməsindən ibarətdir.
Səfir: ABŞ-ın istəyi Azərbaycanda ədalətli seçkilərin keçirilməsindən ibarətdir

Azərbaycan, Bakı, 5 sentyabr / Trend, müxbirlər İ.İzzət, S.Əhmədova/

ABŞ-ın istəyi Azərbaycanda ədalətli seçkilərin keçirilməsindən ibarətdir. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morningstar Azərbaycanda prezident seçkilərinə hazırlıq mərhələsini şərh edərkən bildirib.

"Ümid edirik ki, hər bir Azərbaycan vətəndaşı prezident seçkilərində öz hüququndan istifadə edərək görmək istədiyi namizədə səs verəcək:

"Avqustun 5-də biz azad və ədalətli seçkinin nədən ibarət olduğuna dair bir bəyanatla çıxış etdik. Biz yenə də həmin bəyanatın üzərində dururuq."

R.Morningstarın sözlərinə görə, hər hansı xarici ölkə diplomatı buradakı hər hansı namizədi dəstəkləyə və ya ona qarşı çıxa bilməz: "Müxalifət nümayəndələri ilə görüşlə bağlı isə düşünürəm ki, diplomat bütün namizədlərlə görüşüb danışa bilər. Eyni zamanda, başqa ölkənin diplomatı hər hansı bir namizədi dəstəkləyə və ona qarşı gedə bilməz. Çünki bu, məhz Azərbaycan xalqının qərarı olmalıdır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti