...

Obama: Suriya nə İraq, nə də Əfqanıstan olacaq

Siyasət Materials 7 Sentyabr 2013 21:00 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama amerikalıları əmin edib ki, ölkənin kimyəvi hücumların qarşısını almaq məqsədilə Suriyaya qarşı məhdud əməliyyat reallaşdırmalıdır.
Obama: Suriya nə İraq, nə də Əfqanıstan olacaq

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

ABŞ prezidenti Barak Obama amerikalıları əmin edib ki, ölkənin kimyəvi hücumların qarşısını almaq məqsədilə Suriyaya qarşı məhdud əməliyyat reallaşdırmalıdır.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Obama xalqa müraciətində bildirib ki, ABŞ bahalı və uzunmüddətli müharibəyə girməyəcək.

"Bu, daha bir nə İraq, nə də Əfqanıstan olacaq. Bilirəm ki, Amerika xalqı İraqda müharibənin bitməsinə, Əfqanıstanda isə vəziyyətin pişləsməsinə baxmayaraq, 10 illik müharibədən yorulub. Ona görə də, biz əsgərlərimizi başqasının müharibəsinin mərkəzinə göndərmirik" - deyə Obama əlavə edib.

Xəbər lenti

Xəbər lenti