...

Əhməd Davudoğlu: Bəşər Əsəd və onun komandası qətllərdə sərhəd tanımadı

Siyasət Materials 10 Sentyabr 2013 04:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Suriyada kimyəvi silahın istifadəsindən əvvəl də 200 min insan öldürülüb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

"Kaş ki, bu gün göstərilən qərarlılıq 2 il öncə göstərilərdi. Əgər 2011-ci ildə Hamada kütləvi qətllər olakən qərarlar verilsəydi, hadisələr buraya qədər gəlib çıxmazdı" - deyə Davudoğlu bildirib.

Davudoğlu vurğulayıb ki, Bəşər Əsəd və onun komandası qətllərdə sərhəd tanımadı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti