...

Obama: Suriyaya zərbə ABŞ-ın maraqlarına cavab verir

Siyasət Materials 11 Sentyabr 2013 06:56 (UTC +04:00)
Suriyaya kimyəvi silahın tətbiqinin qarşısını almağa yönəlmiş zərbə ABŞ-ın maraqlarına cavab verir.
Obama: Suriyaya zərbə ABŞ-ın maraqlarına cavab verir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Suriyaya kimyəvi silahın tətbiqinin qarşısını almağa yönəlmiş zərbə ABŞ-ın maraqlarına cavab verir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Barak Obama xalqa müraciətində deyib.

O deyib: "Məsələyə diqqətlə baxdıqdan sonra mən bizim milli maraqlarımıza cavab verən məhdudlaşdırılmış hərbi əməliyyatların zəruriliyi barədə qərar qəbul etdim. Biz gələcəkdə kimyəvi silahın tətbiqi və yayılmasının qarşısını almalıyıq".

B.Obama amerikalılara söz verib ki, Suriyada uzun müddət hərbi əməliyyat aparmayacaq:

"Mən Suriya ərazisinə qoşun yeritməyəcəyəm, mən İraq və Əfqanıstandakı kimi qeyri-müəyyən müddətə hərbi əməliyyat aparmayacaq və Liviya və Kosovada olduğu kimi havadan uzun müddət hücumlar etməyəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti