...

Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat pul ayrıldı

Siyasət Materials 14 Sentyabr 2013 18:43 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.
Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat pul ayrıldı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda - Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması qərara alınır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti