Azərbaycan Prezidenti və xanımı Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan Prezidenti və xanımı Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksinin açılışı olmuşdur.

Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırgınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmışdır.

Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törətmiş, mindən artıq kənd yandırılmış və dagıdılmışdır.

1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dagıdılmış, Quba şəhəri talanlara və yangınlara məruz qalmış, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilmişdir.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın əyani sübutu olmuşdur.

Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılmasına qərar vermişdir.

Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan kompleksdə 2012-2013-cü illərdə aparılan inşaat işləri artıq yekunlaşmış, Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılmışdır.

Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya-giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidə bütövlükdə brutto-betondan hazırlanmış, faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilmişdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz oldugundan xəbər verir.

Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapmışdır.

19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.

Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. 1918-ci il qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərarı və komissiyanın sənədləri, 1918 -1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.

Müxtəlif qəzalarda baş verən soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırıldığı, dənizə, quyulara atıldığı üçün dəfn edilmədiyindən faciə qurbanlarının xatirəsinə zalın mərkəzində qara mərmər daş ucaldılmışdır.

Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapmışdır.

Quba soyqırımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş olunur. Ekspozisiyanı müasir incəsənət nümunəsi-nəhəng metal lövhə üzərində əks olunmuş insan sifətləri tamamlayır. Bu, tarixin qan yaddaşına hopan hadisələrə bu günün baxışı, çagdaş dövrün münasibəti kimi dəyərləndirilir.

Zalın çıxışı 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsini əks etdirən foto-şəkillərlə tamamlanır.

Muzey Kompleksinin ərazisində məlumat mərkəzi, zəngin kitabxana, kompyuterlərlə təmin olunmuş oxu zalı fəaliyyət göstərir.

Azərbaycanın dövlət rəmzi olan üçrəngli bayrağımız kompleksin ərazisində ucaldılmışdır.

Muzey kompleksini ziyarət etdikdən sonra Quba ictimaiyyəti qarşısında çıxış edən Prezident İlham Əliyev XX yüzillikdə Azərbaycan xalqına qarşı törədilən soyqırım aktlarından, tarixi faktlardan, bu gün dinamik inkişaf edən Azərbaycanın uğurlu gələcəyindən danışmışdır.

Geniş həyətyanı sahədə Qubanın rəmzi olan alma ağaclarından ibarət bağ salınmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq alma agacları əkmişlər.

Heydər Əliyev Fondu tərəfindən 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarla əks etdirən 16 adda, üç dildə buklet, 4 adda, üç dildə kitab nəşr edilmişdir.

Azərbaycanda ötən il istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Azərbaycanda ötən il istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Belarus ötən il Azərbaycandan 210 milyon dollar məbləğində neft idxal edib
Belarus ötən il Azərbaycandan 210 milyon dollar məbləğində neft idxal edib
Bu il Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz qalacaq - OPEC
Bu il Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz qalacaq - OPEC
Loading Bars
Xəbər lenti
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidinə “Qurani-Şərif” hədiyyə edib
Azərbaycan Prezidenti: Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik
Prezident İlham Əliyev: Bütün təzyiqlərə, bütün telefon zənglərinə, baxmayaraq, dedim ki, sona qədər gedəcəyik
Azərbaycan Prezidenti: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Bütün xəbərlər