Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Türkiyə uydurma "erməni soyqırımı" ilə bağlı erməni diasporunun və Ermənistanın atacağı addımların qarşısını almaq üçün bütün tələb olunan tədbirləri görəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun 2015-ci ildə ermənilərin uydurma "erməni soyqırımı"nın 100 illiyini qeyd edəcəyi məsələsinə münasibət bildirərkən deyib.
Səfir qeyd edib ki, 2 ildən sonra Türkiyə Çanaqqala döyüşünün 100 illiyini qeyd edəcək: "Bu,həqiqətən baş verən hadisələrin ildönümüdür. Ermənilərin uydurma iddiaları əvvəllər də baş verirdi və bu cür iddiaları gələcəkdə də gözləmək olar".
A.Coşkun əlavə edib ki, təəssüflər olsun ki, Ermənistanın dövlət ideologiyası 1915-ci ildə baş verən hadisələrin saxtalaşdırılması üzərində qurulub: "Ümid edirəm ki, bütün tarixi hadisələr Azərbaycanın və Türkiyənin təklif etdiyi kimi arxiv materiallar üzərində araşdırılacaq".