...

Olland Ruhani ilə görüşəcək

Siyasət Materials 21 Sentyabr 2013 00:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Fransa prezidenti Fransua Olland Nyu Yorkda BMT BA-nın toplantısında İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, görüş təklifi Ruhani tərəfdən olub.

Görüşdə Suriya böhranı və İranın nüvə məsələsi müzakirə olunacağı gözlənilir.

Məlumatlara görə, Olland Suriyada problemin siyasi həlli üçün İrandan dəstək istəyəcək.

Xəbər lenti

Xəbər lenti