...

Səfir: Azərbaycan və İsrail diplomatik və xidməti pasportu olan şəxslər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı saziş imzalayacaq

Siyasət Materials 24 Sentyabr 2013 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir S.Əhmədova /

Azərbaycan və İsrail arasında diplomatik və xidməti pasporta malik şəxslər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı saziş imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bildirib.

Səfir vurğulayıb ki, sənədin bu ilin oktyabrında imzalanacağı planlaşdırılır.

Diplomatın sözlərinə görə, gələcəkdə iki ölkə arasında adi vətəndaşlar üçün də viza rejiminin sadələşdirilməsi barədə saziş imzalana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti