...

Oqtay Əsədov: Azərbaycan İranla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır

Siyasət Materials 24 Sentyabr 2013 16:08 (UTC +04:00)
Azərbaycan və İran parlamentləri arasında münasibətlərin perspektivi müzakirə olunub.
Oqtay Əsədov: Azərbaycan İranla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və İran parlamentləri arasında münasibətlərin perspektivi müzakirə olunub.

Milli Məclisdən Trend-ə bildiriblər ki, Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov çərşənbə axşamı İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, regionda təhlükəsizlik, lokal münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

O.Əsədov bildirib ki, Azərbaycan İranla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Spiker parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının əhəmiyyətini qeyd edərək, bu cür görüşlərin mütəmadi keçirilməsinin önəmli olduğunu deyib:

"Bu günədək ölkələrimiz arasında 100-dən çox sənəd imzalanıb və bu sənədlər təkcə siyasi deyil, iqtisadi, mədəni və humanitar sahələrdə də münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır".

İranlı millət vəkili Cavad Cahangirzadə görüşdə bildirib ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsi həyatın digər sahələrində münasibətlərimizin inkişafına öz müsbət töhfəsini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti