Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zalmai Rəsul ilə görüş keçirib.
Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Əfqanıstan xarici işlər naziri iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycana səfər etmiş yüksək səviyyəli əfqan nümayəndə heyətinin üzvləri ilə görüşdüyünü xatırladıb və Azərbaycan hökuməti tərəfindən göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib.
Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli sənədlərin imzalanması barəsində razılıq əldə olunub.
Azərbaycan və Əfqanıstan arasında bir sıra ikitərəfli sənədlərin imzalanması barədə razılıq əldə olunub