...

Azərbaycanda seçki bülletenlərinin məntəqələrə çatdırılması prosesi başa çatdı

Siyasət Materials 6 Oktyabr 2013 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı bu gün seçki bülletenlərinin məntəqələrə çatdırılması prosesi başa çatıb.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seçki bülletenlərinin məntəqələrə paylanması başa çatdıqdan sonra bütün məntəqələr polislə mühafizə olunur.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti