Azərbaycan, Bakı, 8 oktyabr / Trend, müxbir S.Əhmədova/
Azərbaycanın seçki məntəqələrində hazırlıq prosesi bütün tələblərə uyğundur və hər cür şərait yaradılıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı "Ədalətli seçkilər uğrunda" təşkilatının seçkiöncəsi mətbuat konfransında Çexiyadan olan müşahidə missiyasının üzvü Anna Çurdova deyib.
A.Çurdova bildrib ki, onlar bir neçə seçki məntəqəsində olublar: "Seçki məntəqələrində hazırlıq prosesi bütün standartlara uygundur".
ATƏT-in sabiq vitse-prezidenti A.Curdova bildirib ki, seçki məntəqələrində kameraların quraşdırılması da seçkilərin nə dərəcədə demokratik keçəcəyindən xəbər verir: "Çexiyada məntəqələrdə kameralar quraşdırılmır".
Beynəlxalq müşahidəçi qeyd edib ki, Azərbaycanın 20 illik müstəqillik dövründə demokratiya istiqamətində çox böyük addımlar atılıb.